Arxiv
19 mart 2019, 10:19 | AKTUAL
Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı
Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində Çilinin xarici işlər naziri Roberto Ampuero ilə görüşüb

 

Modern.az xəbər verir ki, görüş zamanı Çili xarici işlər naziri Roberto Ampuero azərbaycanlı həmkarının Çiliyə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə önəmli töhfə verəcəyinə əminliyini bildirdi və Çilinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu ifadə etdi.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladı.

Görüşdə iki ölkə arasında bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Bu xüsusda, Azərbaycanda Çili Səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına yeni bir təkan verəcəyi diqqətə çatdırıldı.

Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd təsərrüfatı, enerji, nəqliyyat, sərmayə qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdilər.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparıldı. Bu konteksdə nazir Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırdı.

Tərəflər arasında habelə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu. Nazir Elmar Məmmədyarov Çili tərəfinin Qoşulmama Hərəkatının cari ilin oktyabır ayında Azərbaycanda keçiriləcək sammitinə dəvət olunduğunu vurğulayaraq, Çilinin həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd etdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32