İsrail baş naziri Benyamin Netanyahu ABŞ-a səfər proqramını qısaldacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Te-Əviv yaxınlığında yerləşən Mişmeret şəhərinin Qəzza sektorundan atəşə tutulması olub.
Raketlərdən biri yaşayış evinə düşüb. İsrail hadisəyə cavab verəcəyini elan edib.