Modern.az

"Malları yanan iki sahibkarın  səhhəti pisləşib" - SƏHİYYƏ NAZİRLİYİ

Aktual

26 Mart 2019, 12:37

Bakıda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla bağlı iki sahibkarın səhhəti pisləşib.

 

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları daha 4 nəfərə ilkin tibbi yardım göstərib:

 

"Onlardan 2 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır, iki nəfər isə sahibkardır. Malları yanan sahibkarlardan ikisinin səhhətində problem yaranıb və təcili tibbi yardım briqadası dərhal həmin şəxslərə yerində yardım göstərib. Bir FHN əməkdaşı isə sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

 

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.

 

Yanğın davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü