Modern.az

Bakıda zəncirvari qəza: 5 maşın bir-birinə çırpıldı

Bakıda zəncirvari qəza: 5 maşın bir-birinə çırpıldı

Aktual

16 Aprel 2019, 00:26

Bünyadov prospektinın Nərimanov rayonu ərazisinə düşən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Modern.az ONA-ya istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü tuneldən çıxarkən qəfil əyləcdən istifadə edib.

 

Daha sonra arxadan gələn "Mercedes", "Daewoo", "Kia", "Toyota" avtomobilləri ard-arda bir birinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da 3 avtomobil deformasiyaya uğrayıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar prospektin Qələbə dairəsindən Ayna Sultanova heykəli istiqamətində tıxac yaranıb.

 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

 

Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü