Modern.az

Ərdoğan diplomatiyada “İlin yeni oyunçusu” seçildi

Ərdoğan diplomatiyada “İlin yeni oyunçusu” seçildi

Təhsil

19 Dekabr 2009, 15:54

Vaşinqtonda yerləşən Post-Newsweek Analiz Mərkəzinin xarici siyasət, diplomatiya və strategya dərgisi Foreign Policy  dünya siyasilərinin 2009-cu ildəki reytinqlərini idmansayağı şərh edib.  Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq regionunda “İlin yeni oyunçusu” adına layiq görülüb.
Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata əsasən, “Yaxın Şərqdə İlin Adamları” başlıqlı yazıda Ərdoğanın siyasi sənhəyə atılan yeni adam olmadığı, lakin Yaxın Şərq diplomatiyasında  yeni lider olduğu qeyd olunub.  Ərdoğanın fələstinlilərə dəstəyi,Qəzzada İsrailin hərbi əməliyyatlarını pisləməsi, Davos forumunda fələstinlilərə dəstək olaraq nümayiş etdirdiyi etiraz jestləri regionda onun liderlik reytinqini artırıb.   

 

 

Qeyd olunur ki, Ərdoğan Qərb və Şərqlə eyni tərzdə olmaq üzrə bütün qonşulara yönəlik  yaradıcı və inkişaf edən bir açılım siyasəti inşa edib və ölkəsini on illər sürən marjinallıqdan xilas edərək diplomatik güc mərkəzinə çevirib.

 

 

Dərgi ilin digər isimlərini də sadalayıb. “İlin geri dönən oyunçusu” Suriya dövlət başçısı Bəşar Əsad, “İlin ümidverici oyunçuçu” Fələstin baş naziri Selam Fayad,  “İlin məşqçisi” Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktum, “İlin atəş altındakı antrenoru” İrak baş nazii Nuri əl Maliki, “İlin favoriti” İran Yaşıl İnqilabçıları və Neda Sultan, “İlin müdafiə oyunçusu” İsrail baş naziri Benyamin Netanyahu, “İlin hücum oyunçusu” İsrailin Qəzza sektorunda əməliyyatları barədə “Atma Güllə” adlı hesabat  hazırlamış Cənubi afrikalı hakim Riçard Qoldston, “İlin ən dəyərəli oyunçusu” isə ABŞ prezidenti Barak Obamadır.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır