Modern.az

Azərbaycanın sığorta-pensiya modeli Əfqanıstana təqdim ediləcək

Azərbaycanın sığorta-pensiya modeli Əfqanıstana təqdim ediləcək

Təhsil

21 Dekabr 2009, 12:36

 

Dünya Bankı Azərbaycanın sığorta-pensiya modelini kecid dövrü ölkələri üçün bir örnək kimi təqdim edib. Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsi Dünya Bankı tərəfindən kecid dövrü ölkələrinə tövsiyə olunub. Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində, ölkəmizdə sığorta-pensiya sistemində həyata kecirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədi ilə Əfqanıstan Respublikasının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunfan Modern.az-a bildirilib ki, 20-27 dekabr tarixlərində Bakıda olacaq nümayəndə heyətinin tərkibinə Dünya Bankı ekspertləri, Əfqanıstan Respublikasının Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər nazirliklərinin rəhbər şəxsləri, o cümlədən bu ölkənin Maliyyə Nazirliyinin, Müstəqil Administrativ İslahat və Dövlət Qulluğu üzrə Komissiyasının əməkdaşları daxildir. 

Qonaqlar dekabrın 21-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovla görüşüblər. Ölkədəki geniş spektrli islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması ücün indiyə qədər görülən işlər barədə qonaqları məlumatlandıran Fondun sədri fərdi uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik məsələlərulə bağlı Əfqanıstan nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, dekabrın 27-nə kimi Azərbaycanda olacaq nümayəndə heyətinə  DSMF-də tətbiq olunan informasiya idarəetmə, fərdi uçot, maliyyə idarəetmə sistemləri, qanunvericilik, sosial sığorta haqlarının toplanması və s. məsələlərlə bağlı məlumatlar vetriləcək. Qonaqlar həmçinin, DSMF-nin ayrı-ayrı rayon şöbələrinin iş  şəraiti ilə yaxından tanış olmaq üçün Azərbaycanın bir sıra rayonlarına səfər edəcəklər.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü