Modern.az

Azərbaycanda ”Eurovizion-2012“ ilə bağlı bəyanat verildi

Azərbaycanda ”Eurovizion-2012“ ilə bağlı bəyanat verildi

Qarabağ

13 Fevral 2012, 12:13

QHT Əməkdaşlıq Alyansı son ğünlər  bəzi QHT-lərin ”Eurovizion-2012“ Beynəlxalq Mahnı Müsabiqəsi  ətrafında yaratmaq istədikləri qalmaqalla  bağlı bəyanat qəbul edib.
Modern.az QHT-lərin bəyanatını təqdim edir:

Bəyanatda deyilir:

“Azərbaycanın ötən il  “Eurovision” yarışmasındakı tarixi qələbəsinin  xüsusi əhəmiyyəti var.  Bu ilin mayında Bakıda keçiriləcək mahnı yarışması artıq bütün dünyanın diqqətindədir. Bu yarışmanın Bakıda keçirilməsi  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün daha bir fürsətdir. Ölkəmizə gələn turistlərə, KİV təmsilçilərinə Qarabağ həqiqətlərini çatdırmalı,  Ermənistanın və onun havadarlarının əli ilə ötən əsrin 80-ci illərinin sonunda Qərbi Azərbaycan torpaqlarından 200 mindən çox soydaşımızın deportasiya olunduğunu, ermənilərin 1992-ci ilin 26 fevralında Xocalıda törətdiyi Soyqırımı haqqında geniş məlumat vermək üçün güclərimizi birləşdirməli və əsas fəaliyyətimizi bu istiqamətdə səfərbər etməliyik. Milli maraqları özünün prioriteti seçən bütün vətəndaş cəmiyyəti qurumları bu yöndə fəaliyyətlərini gücləndirməlidir.

Təəssüf ki, bəzi QHT qrupları bu böyük mədəni-kütləvi tədbiri də siyasiləşdirmək xətti yürüdürlər. QHT Əməkdaşlıq Alyansı hesab edir ki, belə yanaşma düzgün deyil və bir mədəni tədbiri siyasi maraqlar naminə alətə çevirmək  yolverilməsdir. Müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi də dəfələrlə bəyan edib ki, bu müsabiqə siyasi tədbir deyil. Biz Azərbaycan QHT-ləri bu imkandan yararlanmalı, ölkəmizin qədim mədəniyyəti və tarixini, eyni zamanda məruz qaldığı işğal faktını sivil bir formada dünyaya duyurmalıyıq. Bu müsabiqənin vətəndaş cəmiyyəti üçün ən mühüm əhəmiyyəti məhz ölkənin daha ciddi problemlərini beynəlxalq ictimaiyyətə catdirmaqdır. Hamımız yaxşı bilirik ki, dünyanın bir çox ölkələrində bizimlə bağlı əsl həqiqəti ya bilmirlər, ya da bilərəkdən təhrif edirlər. Avropanın aparıcı dövlətlərindən biri olan Fransa və İsveçrədə saxta “erməni soyqırımı” ilə bağlı qəbul edilən qanun bir daha sübut edir ki, əsl həqiqət günümüzdə də təhrif olunmaqdadır. Tariximizin saxtalaşdırılması cəhdləri bizim də üzərimizə ciddi və məsuliyyətli bir vəzifə qoyur. İmkanlarımız çərçivəsində  Azərbaycan həqiqətlərinin Avropada geniş təbliği  üçün indi əsl məqamdır.

QHT Əməkdaşlıq Alyansı ölkənin bütün QHT-lərinə bir daha müraciət edərək Azərbaycanın mədəniyyətini təbliğ etməyə, ümümmilli problemi olan Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, sadə avropa insanına çatdırılmasında səfərbər olmağa, vahid və milli maraqları ifadə edən mövqedən çıxış etməyə çağırır”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı