Modern.az

Prezident Fransa və İsveçrədə yeni səfirlər təyin edib

Prezident Fransa və İsveçrədə yeni səfirlər təyin edib

Təhsil

6 Yanvar 2010, 23:50

Yanvarın 6-da Prezident İlham Əliyev Tarik İsmayıl oğlu Əliyevin Azərbaycanın Fransa və Monako Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması barədə sərəncam verib.
Ölkə başçısının digər sərəncamı ilə Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyevin daha bir sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycanın İsveçrə Konfederasiyasında, Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident Murad Nizami oğlu Nəcəfbəylini Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib və ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır