Modern.az

Barak Obama kəşfiyyatın səhvlərinə görə məsuliyyəti öz üzərinə götürüb

Barak Obama kəşfiyyatın səhvlərinə görə məsuliyyəti öz üzərinə götürüb

Təhsil

8 Yanvar 2010, 11:37

ABŞ prezidenti Barak Obama kəşfiyyat orqanlarının razılaşdırılmamış işlərinin nəticəsi olaraq Amsterdam-Detroyt reysi ilə uçan təyyarədə terror aktının baş verməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata gцrə, prezident bu barədə şok açıqlamasını baş tutmamış  terror cəhdinin  araşdırılmasının ilkin nəticələrinə əsasən verib.

“Mənə kimisə ittiham etmək maraqlı deyil, hadisə ilə bağlı daha yaxşı olardı ki səhvlərdən düzgün nəticə çıxarılsın və səhvlər düzəldilsin  ki, biz təhlükəsiz yaşaya bilək. Çünki sonda məsuliyyət mənim üzərimə düşür. Prezident kimi milləti və xalqı müdafiə etmək üçün  mənim üzərimə formal öhdəlik düşür. Əgər sistem işləmirsə, bu, mənim məsuluyyətimdir”-deyə Obama bildrib.
Prezidentin sözlərinə görə, bütün səylər sistemin səmərəli işinin təmin edilməsi istiqamətində göstərilməlidir. Obama əhatəli kəşviyyat informasiyasının səmərəli təhlilinə çağırıb. Barak Obama vurğulayıb ki, yol verilmiş nöqsanlar fərdi yox, sistematik xarakter daşıyır.
Prezident bununla açıqca eyham vurub ki, bir daha bu cür hadisə baş verərsə, kəşfiyyat idarəsi cavab verməli olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır