Modern.az

"Eurovision”-ın Mətbuat Mərkəzi mayın 13-dən açılacaq

"Eurovision”-ın Mətbuat Mərkəzi mayın 13-dən açılacaq

Təhsil

26 Aprel 2012, 11:26

Modern.az xəbər verir ki , “Eurovision”mahnı Müsabiqəsi 2012-nin Mətbuat Mərkəzi mayın 13-dən açılacaq. Bu barədədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, "Bakı Kristal Zalı"nın yaxınlığında inşa olunan Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edir. Mərkəzdə yüksək sürətli WI FI sistemi quraşdırılıb. Mərkəzdə 1500-dən artıq yerli və xarici jurnalistin eyni vaxtda işləməsinə imkan olacaq. Jurnalistlər xüsusi kabinələrdə müxtəlif müsahibələr ala biləcək. Mərkəzin bir küncündə yaradılan studiyada isə televiziya müsahibələrinin çəkilişlərini həyata keçirmək olacaq. Mətbuat Mərkəzində həmçinin eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı fəaliyyət göstərəcək. Bundan başqa jurnalistlərin rahatlığı üçün kafeteriyanın olduğu istirahət zonası da yaradılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır