Modern.az

Aprelin 29-da “Eurovision”la bağlı konsert keçiriləcək

Aprelin 29-da “Eurovision”la bağlı konsert keçiriləcək

26 Aprel 2012, 13:06

Aprelin 29-u saat 19:00-da Milli Parkda “Eurovision”un Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə açıq havada möhtəşəm konsert proqramı keçiriləcək.

Hamıya məlum olduğu kimi, “Eurovision 2011”-də Ell & Nikki öz ifaları ilə qazandığı unudulmaz qələbə nəticəsində Bakı “Eurovision 2012”-yə ev sahibliyi edir. Konsert proqramının əsas məqsədi “Eurovision 2012” mahnı müsabiqəsinə sayılı qalan günlər ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır.  Fan Kluba dəstək məqsədilə keçirilən konsertdə Emin Ağalarov, Safura Əlizadə və Ell & Nikki kimi ulduzlar çıxış edəcək. Konsertdə həmçinin “Eurovision 2012” mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Coxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzlar çıxış edəcək. Konsertin aparıcısı Murad Dadaşovdur. Konsertə giriş sərbəst olacaq və iştirakçılara “Eurovision”un Azərbaycandakı rəsmi Fan Klubu tərəfindən müxtəlif hədiyyələrin verilməsi nəzərdə tutulur.  “Eurovision”un Azərbaycandakı Fan Klubu rəsmi olaraq 1 Aprel 2008-ci il tarixində yaradılıb. 2012-ci il mart ayının 1-dən bu günə qədər artıq sosial şəbəkələrdə 100.000 nəfərdən çox insanın Fan Kluba qoşulması nəticəsində, Fan Klub ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz “Eurovision 2012”-yə dəstək istiqamətində fəaliyyətini davam etdirir. 

Anar Kəlbiyev
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü