Modern.az

Lavrov İrəvanda Qarabağ münaqişəsini müzakirə edəcək

Lavrov İrəvanda Qarabağ münaqişəsini müzakirə edəcək

Təhsil

8 Yanvar 2010, 16:34

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfərə hazırlaşır. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Rusiya XİN başçısının İrəvan səfəri yanvarın 12-də gözlənilir. Rusiyanın diplomatik dairələrindən verilən məlumata görə, Sergey  Lavrov səfəri gedişində Ermənistan rəhbərliyi ilə bir sıra regional və beynəlxalq xarakterli problemlər ətrafında müzakirələr aparacaq. Müzakirə olunacaq mövzular arasında Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur.

Maraqlı məqam odur ki, elə həmin gün Moskvada Rusiyanın hökumət başçısı Vladimir Putin  Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Bir qədər əvvəlki açıqlamasında Ərdoğan səfər gedişində Moskvanı Qarabağ münaqişəsinin həllində səylərini gücləndirməyə çağıracağını deyib.

Hər halda Lavrovun İrəvan səfəri ilə Ərdoğanın Moskva səfəririn üst-üstə düşməsi təsadüfü hal sayıla bilməz. Bu onu göstərir ki, Ankara və Moskva Qarabağ məsələsində son qərarın qəbuluna tələsirlər.
 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü