Modern.az

Əflatun Amaşov Cenevrəyə gedir

Əflatun Amaşov Cenevrəyə gedir

Təhsil

1 May 2012, 16:02

Mətbuat Şurasının sədri Əflatun Amaşov İsveçrənin Cenevrə şəhərində “Eurovision 2012” öncəsi Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı keçiriləcək seminarda iştirak edəcək. Modern.az-ın məlumatına görə, “3 may Ümumdünya Söz Azadlığı Günü”nə həsr olunmuş tədbir Avropa Yayım İttifaqının təşəbbüsü ilə baş tutacaq.

Dünyanın nüfuzlu media qurumları və insan hüquqları təşkilatları nümayəndələrinin qatılacaqları toplantıda ölkəmizdən də qeyri-hökumət təşkilatları təmsilçiləri iştirak edəcəklər. Azərbaycandan tədbirə həmçinin dövlət rəsmilərinin qatılmaları nəzərdə tutulur.

Qeyd edək ki, seminarın mayın 2-də Avropa Yayım İttifaqının Cenevrədəki mənzil-qərargahında keçirilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü