Modern.az

Sabah hava yenidən yağmurlu olacaq

Sabah hava yenidən yağmurlu olacaq

2 May 2012, 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü