Modern.az

Türkiyənin tanınmış ədəbiyyat xadimi Azərbaycana gəlir

Türkiyənin tanınmış ədəbiyyat xadimi Azərbaycana gəlir

Təhsil

2 May 2012, 14:22

Türkiyənin tanınmış ədəbiyyat və elm xadimi, prof.dr Nurullah Gənc may ayının 3-dən 5-dək Azərbaycanda səfərdə olacaq. “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin prezidenti Qənirə Paşayevanın dəvəti ilə həyata keçirilən səfər, öz ölkəsində böyük nüfuzu olan türk ziyalısının respublikamızın çağdaş ədəbi, elmi-mədəni mühiti ilə, ümumən Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olması, eyni zamanda Azərbaycan oxucusunun onu yaxından tanıması məqsədinə xidmət edir.

Qeyd edək ki, Nurullah Gənc bu səfərədək Azərbaycanda olmayıb və bu, onun respublikamıza ilk səfəridir.  Buna baxmayaraq o istər Azərbaycan ünvanlı yaddaqalan şeirlərin, çıxışların müəllifidir. Qeyd edək ki, səfər çərçivəsində - mayın 3-də Odlar Yurdu Universitetində Nurullah Gəncin iştirakı ilə “Başarı bədəl istər” mövzulu konfrans düzənlənəcək. 4 may 2012-ci il tarixdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Nurullah Gəncin iştirakı ilə “Şeir və onun fəlsəfəsi” adlı ədəbi-bədii gecə keçiriləcək. “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək gecədə tanınmış xanəndələr, aşıqlar, şairlər, elm və mədəniyyət xadimləri çıxış edəcək.
Gecə saat 19.00-da başlanacaq. Azərbaycanda olduğu vaxt ərzində bir sıra digər görüşləri də nəzərdə tutulan N.Gənc Atatürk Mərkəzi, Yazıçılar Birliyi,  Gəncliyə Yardım Fondu və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini də ziyarət edəcək,  habelə Salyanda türkoloq-alim Azər Turanın müəllifi olduğu “Darüllöminin ” kitabının  təqdimat mərasiminə qatılacaq.

 
Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır