Modern.az

AvroLiqanın kuboku İspaniya paytaxtına aparıldı

AvroLiqanın kuboku İspaniya paytaxtına aparıldı

Təhsil

10 May 2012, 10:07


Ötən gecə Avropa Liqasında keçirilən final matçı ilə mövsümə yekun vurulub. Həlledici görüşdə İspaniyanın iki komandası - "Atletiko" (Madrid) və "Atletik" (Bilbao) klubları üz-üzə gəlib.

İki il öncə finalda İngiltərənin "Fulhem" klubunu üstələyən Madrid təmsilçisi eyni uğuru bu dəfə də təkrarlamaq niyyətində idi ki, buna da nail olub.

Turnir ərzində bir neçə iddialı klubları mübarizədən kənarlaşdıran "Atletik" rəqibinə müqavimət göstərə bilməyib. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Atletiko" növbəti dəfə Avroliqanın fəxri kubokuna sahib çıxıb.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü