Modern.az

Asim Mollazadə: “Bu mitinqlərin başqa səbəbləri varsa...”

Asim Mollazadə: “Bu mitinqlərin başqa səbəbləri varsa...”

Təhsil

10 May 2012, 15:36

DİP sədri: “Aksiyalar üçün müvafiq yerlər ayrılmalıdır”

“Hökumət yaranan problemləri müxalifət partiyaları ilə birgə müzakirə etməlidir”. Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə son günlər iqtidar-müxalifət cəbhəsində yaranan gərgin münasibətləri Modern.az-a şərh edərkən deyib. Milllət vəkilinin sözlərinə görə, sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da yaranan problemlər iqtidar və müxalifətin birgə müzakirələrində öz həllini tapmalıdır.
“İqtidar-müxalifət münasibətlərinin gərginləşməsi üçün mən hansısa tutarlı səbəb görmürəm. Düşünürəm ki, hər bir demokratik cəmiyyətdə olduğu kimi Azərbaycanda da istənilən məsələ həm ictimai müzakirəyə çıxarılmalı, həm siyasi partiyalarla hökumət nümayəndələrinin birgə müzakirələrində həll olunmalıdır. Sivilizasiyalı cəmiyyətə məxsus olan qayda da müvafiq problemlər öz həllini məhz belə tapmalıdır”-deyə DİP sədri qeyd edib.
İctimai Palatanın son zamanlar keçirdiyi silsilə mitinqlərə toxunan A.Mollazadə vurğulayıb ki, “Eurovision” müsabiqəsinə görə Avropanın gözü ölkəmizdə olduğu üçün hansısa xoşagəlməz olayların yaşanması arzuolunmazıdır:
“Hər bir cəmiyyətdə vətəndaşlar  kütləvi aksiyalar keçirirlər. Azərbaycanda da aksiyalar üçün dövlət tərəfindən müvafiq yer ayrılmışdı. “Eurovision” ərəfəsində kütləvi aksiyaların keçirilməsinə gəlincə, mən deyim ki, bu mədəni tədbirdir, Azərbaycanı tanıtmağa yönəlmiş və ölkəmizi Avropa mühitində daha yaxşı tanıtmaq üçün, ölkəmiz, xalqımız üçün müsbət hadisədir. Bunun əleyhinə mitinq keçirilirsə, mən bunu anlaya bilmirəm. Yoxsa, bu mitinqlərin başqa səbəbləri varsa, hər bir vətəndaşın siyasi, ictimai təşkilatın belə kütləvi aksiyalar keçirmək hüquqları təmin olunmalıdır. Bunun üçün də müvafiq yerlər ayrılmalıdır. Sivil qaydada, demokratik ölkələrdə olduğu kimi belə bir aksiyalar keçirilsin. “Eurovision” müsabiqəsinin əleyhinə olanlar da öz fikirlərini əsaslandırmaldırlar”.

Anar RÜSTƏMOV
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır