Modern.az

Ter-Petrosyan deputat mandatından imtina etdi

Ter-Petrosyan deputat mandatından imtina etdi

Təhsil

10 May 2012, 18:30

Ermənistanınn ilk prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan deputat mandatından imtina ediib. Modern.az bildirir ki, o bu barədə qərarını İrəvanda parlament seçkilərindən sonra keçirilmiş mitinqdə bəyan edib.

“Mən deputat mandatından imtina edirəm. Hesab edirəm ki, bunu xüsusi izah etməyə ehtiyac yoxdur. Əgər Erməni Milli Konqresi parlamentdə çoxluq təşkil etsəydi, o zaman mənim parlamentdə təmsilçilyimin bir mənası olardı. Bundan başqa sivil dünyada eks-prezidentlərə parlamentdə təmsil olunmaq məqbul sayılmır”. 

Ter-Petrosyanın sözlərinə görə, mandatdan imtina etməsi onun siyasətdən getməsi anlamına gəlmir. EMK liderinin mandatdan imtina etsə də, müxalifətçi blokdan seçilmiş 6 deputat parlamentdə təmsil olunacaq.    

X. SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir