Modern.az

Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq

Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq

Təhsil

18 May 2012, 11:42

Bakının Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə su verilməsində fasilə yaranacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, buna səbəb “+ 126 Qaraçuxur” su anbarını qidalandıran 700 mm diametrli magistral su kəmərinin Babək prospektindən keçən hissəsində qəza baş verməsidir.
Bununla əlaqədar mayın 18-də gün ərzində Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Bakıxanov, Qaraçuxur, Sabunçu və Əmircan qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır