Modern.az

“Nar Mobile” abunəçilərdən üzr istədi

“Nar Mobile” abunəçilərdən üzr istədi

Təhsil

19 May 2012, 13:10

“Nar Mobile” operatoru mayın 18-də səhər saatlarından axşamadək şəbəkədə yaranmış problemlə bağlı bu gün yenidən açıqlama yayıb və bildirib ki, nasazlıq tam olaraq aradan qalxıb. Şirkətdən Modern.az-a verilən açıqlamada bildirlib:

”18 May 2012-ci il tarixində, şirkətinin şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəzanın nəticələrini aradan qaldırılması məqsədi ilə Nar Mobile-ın işçi heyəti bütün gecə hadisə yerində çalışmışdırlar.
Bunun nətiçəsi olaraq, 18 May 2012-ci il tarixində saat 23.00 radələrində qəzanın nəticələri tam olaraq aradan qaldırılmış və dayanıqlı mobil rabitə təmin olunmuşdur.
Baş vermiş texniki qəza nəticəsində üzləşdikləri narahatlığa görə Nar Mobile abünəçilərindən üzr istəyir və nümayiş etdirdikləri anlayışa görə onlara öz dərin minnətdarlığını bildirir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü