Modern.az

Müharibənin əks-sədası Çelyabinskdə... - FOTOLAR

Müharibənin əks-sədası Çelyabinskdə... - FOTOLAR

Təhsil

19 May 2012, 13:34

Dünən Çelyabinsk Etnoqrafiya Muzeyində Azərbaycan fotoqraflarının “Müharibənin uzaq əks-sədası” adlı sərgisi açılıb. Fotosərgi 20 il əvvəl Dağlıq Qarabağda baş verən hadisələrə həsr olunub. Sərgi “Fotofest 2012” festifalı çərçivəsində keçirilir. Təqdim olunmuş kolleksiyada 60 ağ-qara şəkillər nümayiş etdirilir. Fotosərgidə Farid Məmmədov, Oleq Litvin, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu, Anna Süleymanova, Samir Həsənov, İlkin Hüseynov, Elnur Babayev və İlqar Şəfərovun işləri nümayiş etdirilib. Bu şəkillər reportaj, portret və məişət janrında olmaqla tarixi faktları əks etdirir. Sərginin maraqlı cəhətlərindən biri də odur ki, foto işlərə poetik adlar verilməyib, ad kimi yalnız onun çəkildiyi tarix: il, ay, gün qeyd olunub. Məsələn, 20 yanvar 1990-cı il.
Sərginin açılışında Azərbaycan Fotoqraflar İttifaqının sədri Mirnaib Həsənoğlu, “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin Çelyabins təşkilatının sədri Rəfail Quliyev, Çelyabinsk Etnoqrafiya Muzeyinin direktoru Vladimir Boqdanovski çıxış ediblər. Sərgi Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə keçirilib.

 


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır