Modern.az

TQDK 103497 abituriyentin “elektron ərizə”sini təsdiq edib

TQDK 103497 abituriyentin “elektron ərizə”sini təsdiq edib

Təhsil

25 May 2012, 12:31

2012-2013-cü ilin tədris ili üçün 103497 abituriyentin “elektron ərizə”sini təsdiq edib

Modern.az-ın məlumatıan görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirtdiyi mətbuat konfransında bildirib. TQDK sədri qeyd edib ki, bu il Sənəd Qəbulu Komissiyalarında 103497 abituriyentin “elektron ərizə”si təsdiq edilib. M.Abbaszadənin sözlərinə görə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərdən 16319 nəfəri Qabiliyyət İmtahanı Komissiyalarında qeydiyyatdan keçib. Komissiya sədri həmçinin onu da bildirib ki, bu il ali məktəblərə keçirilən imtahanlarda 1-ci qrup üzrə imtahanlarda iştirak etmək üçün 34659 abituriyent, 2-ci qrup üzrə 23342 abituriyent, 3-cü qrup üzrə 31661 abiturient, 4-cü qrup üzrə 13835 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib.

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır