Modern.az

Dünyanın 400 deputatı İstanbulda toplaşıb

Dünyanın 400 deputatı İstanbulda toplaşıb

Təhsil

25 May 2012, 12:50

Modern.az-ın məlumatına görə, dünən İstanbulda BMT, Avropa Parlament Forumu və Türkiyə hökumətinin dəstəyi ilə başlayan “Qlobal əhali artımı, inkişaf məsələləri” Beynəlxalq Konfrans bu gün də davam edir. Konfransda acliq, yoxsulluq, ərzaq problemi, təhsil, əhali artımı, ana və qadın sağlamlıığı məsələləri müzakirə edilir.

Hazırda İstanbulda keçirilən tədbirdə isə 127 ölkədən 400-ə yaxın deputat iştirak edir. Məqsəd bu çağırışların-problemlərin həyata keçirilməsində parlamentarilərin rolu və iştirakını müəyyənləşdirməkdir. Ümumiyyətlə, bu konfrans ICPD adlanır.

 On ildən artıqdır ki, bu problemlərin həlli ilə bağlı Parlament Forumu fəaliyyət göstərir. Bu forumda iştirakçılığın xüsusi şərtləri var. Təkcə parlamentar kimi deyil, həm də ictimai, daha dogrusu NGO fəaliyyəti də olmalıdır.

 Bu məlumatı Modern.az saytına açıqlayan Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə həm deputat, həm qadın və ana sağlamlığı üzrə ekspert kimi iştirak edir.

 Onu da bildirək ki, Istanbul konfransını Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək açıb. Demək olar ki, Türkiyənin əksər nazirləri bu tədbirdə iştirak ediblər.

Bu gün isə Baş Bakan Rəcəb Tayyib Ərdoğan da bu tədbirə qatılacaq. Konfransın sonunda dünya parlamentlərinə müraciət qəbul ediləcək.

Qeyd edək ki, ilk dəfə belə bir konfrans 1994-cü ildə Qahirədə kecirilib. Dünyanın bütün siyasi liderləri həmin tədbirdə iştirak edib.

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır