Modern.az

Daşkəsəndə “Niva” 250 metr hündürlükdən dərəyə yuvarlandı - FOTOLAR

Daşkəsəndə “Niva” 250 metr hündürlükdən dərəyə yuvarlandı - FOTOLAR

Təhsil

7 İyun 2012, 10:25

Daşkəsən rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Belə ki, “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Avtoqəza Xoşbulaq-Daşkəsən yolunun 12-ci km-də baş verib. Hadisəyə ilkin səbəb kimi isə yüksək sürət göstərilir.

Qeyd edək ki, avtomobil Xoşbulaq istiqamətindən rayon mərkəzinə gələrkən yolun kənarındakı beton sədləri aşaraq təxminən 250 metr hündürlükdən dərənin dibinə yuvarlanıb.
Hadisə nəticəsində 40 yaşlı sürücü Əliyev Azay İsgəndər oğlu aldığı ağır bədən xəsarətlərindən elə yerindəcə dünyasını dəyişib. Mərhum avtomobildə tək olub.

Daşkəsən rayon Polis Şöbəsinin baş müstəntiqi Təvəkkül Həsənov Modern.az-a deyib ki, olkin etimal sürücünün avtomobili yüksək sürətlə idarəetməsidir.
”Belə ki, qəzanın baş verdiyi yer döngədir. Ona görə ehtimal o nəzərdə tutulur ki, sürücü sürətlə hərəkətdə olarkən sükanda idarəetməni itirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 163.2 maddəsi ilə iş açılıb, istintaq aparılır.”

Azay Əliyevin cəsədi dərədən çıxarılaraq ekspertiza üçün Gəncə şəhərinə gətirilib. Qeyd edək ki, həmin ərazidə ötən il də analoji hadisə baş verib və qəza bir neçə nəfərin həyatına son qoyub.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır