Modern.az

Ziyalılar Forumu: “Əli Həsənova deyəcək sözümüz var...”

Ziyalılar Forumu: “Əli Həsənova deyəcək sözümüz var...”

Ölkə

7 İyun 2012, 14:30


“Biz ancaq savad
lı dövlət məmurun təklifini götür-qoy edərik”. Bunu Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iyun ayında ölkə ziyalıları və müxalifətlə görüşəcəyi haqda bir müddət öncə səsləndirdiyi fikirləri şərh edərkən bildirib. Artıq müddət yetişsə də, Ziyalılar Forumuna heç bir təklif gəlmədiyini  deyən E.Namazov bildirib ki, Forum üzvləri bu görüşdə o qədər də maraqlı deyillər.

“Ziyalılar Forumu olaraq Əli Həsənovla görüşmək üçün bu zamana kimi kiməsə müraciət etməmişik. Bizim tərəfimizdən də bu məsələ heç vaxt qaldırılmayıb. Çünki yalnız savadı və səlahiyyəti buna imkan verən rəsmi şəxslə təkliflərimizi müzakirə etmək istəyi bildirsə, bunu götür-qoy edərik”-deyə E.Namazov qeyd edib.

Xatırladaq ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediaya açıqlamasında iyun ayında ölkə ziyalıları və müxalifət nümayəndələri ilə görüşəcəyini bildirmişdi. Hazıda Ə.Həsənov məzuniyətdə olduğu üçün belə bir görüş iyunun 18-dək baş tutmayacaq.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü