21 iyul 2018, Şənbə
Ana Səhifə - PARLAMENT - Milli Məclisin komitələrinin iclası necə təşkil olunur?
Milli Məclisin komitələrinin iclası necə təşkil olunur?
04.02.2010, 20:29

Modern.az parlamentin komitə iclaslarının necə təşkil olunduğunu araşdırıb. Qeyd edək ki, jurnalistlər bəzi icra qurumlarının komitə iclaslarına etinasız yanaşdıqlarının şahidi olurlar. Bəzi deputatların da üzürsüz səbəbdən komitələrin iclaslarında iştirak etmədiyinə dair məlumatlar var. Komitə iclaslarınının təşkilini həyata keçirən Milli Məclisin Komitə və Komissiyalarla İş Şöbəsinin müdiri Şahin Mansurov bu məsələlərə aydınlıq gətirib.

Şahin Mansurov saytımıza bildirib ki,
Milli Məclisin Komitə və Komissiyalarla İş Şöbəsi komitələrin işini təşkilati cəhətdən təmin edir: “Milli Məclisdə 11 komitə fəaliyyət göstərir. Şöbənin 11 məsul əməkdaşının hər biri ayrılıqda bir komitəyə təhkim olunub. Prosedur belədir, komitə rəhbəri iclasın vaxtını təyin edir, iclasın təşkil olunmasına isə bizim şöbə məsuldur. Bu sıraya deputatların komitənin iclaslarına dəvət olunması, müzakirəyə uyğun olan qurumların nümayəndələrinin iştirakının təmin olunması və həm deputatların, həm də dəvət olunan şəxslərin müzakirə olunacaq sənədlərlə təchiz edilməsi, iclasın gündəliyinin hazırlanması, iclasa stenoqrafçıların, KİV nümayəndələrinin dəvət edilməsi üçün bildirişlərin verilməsi daxildir”.

Şöbə müdiri bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, komitənin iclası haqqında komitə üzvü iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir: “Biz də deputatları iclas təyin edilən gündən məlumatlandırırıq, bu, bir həftə qalmış da ola bilər və ya 4-5 gün əvvəl də. Bu iş şöbənin əməkdaşları tərəfindən operativ surətdə yerinə yetirilir. Aidiyyatı qurumların nümayəndələrinin komitə iclaslarında iştirakını isə həm müvafiq şöbələr, həm də bizim şöbə həyata keçirir. Ancaq bu məsələ komitə rəhbərləri ilə razılaşdırılır”.

Qeyd edək ki, jurnalistlər bəzi icra qurumlarının komitə iclaslarına etinasız yanaşdıqlarının şahidi olurlar. Şahin Mansurov isə deyib ki, icra strukturlarının komitə iclaslarında iştirakı məsələsində heç bir problem yaranmır: “Müvafiq icra qurumlarına dəvət göndərilir. Bundan sonra həmin qurumdan komitənin iclasına qatılacaq şəxslərin adı və soyadı bizə göndərilir və həmin şəxslərin iclaslarda iştirakı təmin olunur”.

Bəzi deputatların üzürsüz səbəbdən komitələrin iclaslarında iştirak etməməsi məsələsinə gəlincə, şöbə müdiri bunun mümkünsüz olduğunu bildirib: “Bunun üçün mütləq komitə sədrindən icazə alınır. Üzürlü olsa belə, komitə rəhbərindən icazə alınır və ya məlumat verilir”. Komitələrdə KİV nümayəndələrinin iştirakını isə Milli Məclisin mətbuat xidməti müəyyənləşdirir. Ş.Mansurov onu da qeyd edib ki, iclaslar stenoqrama alınır və protokollaşdırılır. İclasda baxılan məsələlər üzrə qərarlar qəbul edilir. Protokol və qərarları da şöbənin əməkdaşları tərtib edir və həmin qərar Milli Məclisdə müzakirə olunacaq layihə ilə bərabər təqdim edilir. Milli Məclisin komitələrinin iclasları barədə məlumatlar Milli Məclisin rəsmi internet saytında yerləşdirilir.    

Modern.az
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi
21.07.2018, 11:55

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  
21.07.2018, 11:44

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21.07.2018, 11:13

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı

Sürücülərə XƏBƏRDARLIQ - təmir işləri aparılır
21.07.2018, 11:10

Sürücülərə XƏBƏRDARLIQ - təmir işləri aparılır

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR
21.07.2018, 10:50

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR

Cəbhədə şiddətli atışma oldu
21.07.2018, 10:12

Cəbhədə şiddətli atışma oldu

Polisdən ƏMƏLİYYAT: 112 nəfər saxlanıldı
21.07.2018, 09:32

Polisdən ƏMƏLİYYAT: 112 nəfər saxlanıldı

Paytaxtda ağır yol qəzası
21.07.2018, 09:20

Paytaxtda ağır yol qəzası

Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi
21.07.2018, 09:12

Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi

Azərbaycan çaylarında sululuq səviyyəsi dəyişdi
21.07.2018, 09:02

Azərbaycan çaylarında sululuq səviyyəsi dəyişdi

Dağıstanda 2 polis öldürüldü
21.07.2018, 09:00

Dağıstanda 2 polis öldürüldü

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO
21.07.2018, 00:58

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA
21.07.2018, 00:44

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB
21.07.2018, 00:31

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı
21.07.2018, 00:15

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC
20.07.2018, 23:57

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
20.07.2018, 23:46

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan nefti bahalaşıb
20.07.2018, 23:32

Azərbaycan nefti bahalaşıb

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”
20.07.2018, 22:57

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır
20.07.2018, 22:43

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər
20.07.2018, 22:28

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub
20.07.2018, 22:15

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub

Suyun çirklənmə səviyyəsi artıb
20.07.2018, 21:59

Suyun çirklənmə səviyyəsi artıb

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı
20.07.2018, 21:45

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı

Bu rayona 6 ayda 22 min 898 turist gəlib
20.07.2018, 21:31

Bu rayona 6 ayda 22 min 898 turist gəlib

Füzulidə taxıl sahəsi yandı
20.07.2018, 21:16

Füzulidə taxıl sahəsi yandı

İlham Əliyevin Fransaya səfəri başa çatıb
20.07.2018, 21:06

İlham Əliyevin Fransaya səfəri başa çatıb

İranın neft anbarında partlayış: 2 ölü   
20.07.2018, 20:54

İranın neft anbarında partlayış: 2 ölü  

Bakıda intihar edən qızın yeni görüntüləri – Video
20.07.2018, 20:40

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov
20.07.2018, 20:27

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov

Su anbarında batan şəxsin meyiti tapıldı
20.07.2018, 20:14

Su anbarında batan şəxsin meyiti tapıldı

Nazir şikayətləri dinlədi
20.07.2018, 20:01

Nazir şikayətləri dinlədi

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

ARXİV