Modern.az

Bakıda aksiya keçirilir - FOTOLAR

Bakıda aksiya keçirilir - FOTOLAR

Aktual

3 Oktyabr 2012, 15:22

Akademik Zərifə Əliyeva Adına Milli Oftamologiya Mərkəzinin səyyar kilinikası həyata keçirdiyi aksiya çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) tələbələrin göz müayinəsini keçirir. Modern.az – ın əməkdaşı səyyar klinikada olub. Klinikanın həkimi  oftamoloq həkim Mirana Mirişova aksiya haqqında ətraflı məlumat verib.

“Aksiya gənc nəslin uzaqgörmə zəifliyi probleminin həllinə yönəlib.” – deyən həkim bildirib ki, gənclər vaxtında  həkimə müraciət etmədikləri üçün sonradan böyük fəsadlarla üzləşirlər. Buna görə də onlar bu addımla cəmiyyəti maarifləndirib, mövcud problemin həlli yollarını başa salırlar.   

M.Mirişova: “Akademik Zərifə Əliyeva Adına Milli Oftamologiya Mərkəzinin təşkil etdiyi aksiyaya mart ayından start verilib. Bu günə kimi  Tibb, Bakı Dövlət, Odlar Yurdu və İqtisad Universitetlərinin hər birində iki gün olmaqla orta hesabla 150-200 tələbə müayinədən keçib”

ADBTİA- bir gün təşkil olunan müayinədə isə günorta saatlarına qədər 60-a yaxın gənc iştirak edib.

Uzaqgörmə zəifliyinin səbəblərini izah edən həkim deyib ki, gənclər arasında bu xəstəlik 80-85 % təşkil edir. “Uzaqgörmə zəifliyi əsasən genetik və gözölçülərindən irəli gəlir. Kənar təsirlər azlıq təşkil edir. Göz ülçülərini nəzərə alaraq bu tipli müayinələr 19 yaşdan sonraya tədbiq edilir. Çünki 19 yaşa qədər formalaşma davam edir. Böyük gözlərdə uzaqgörmə zəifliyi riski daha çoxdur.”

 

 

Elçin AĞAYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü