Modern.az

Direktorların və müəllimlərin peşəkarlıq səviyyəsi qiymətləndiriləcək

Direktorların və müəllimlərin peşəkarlıq səviyyəsi qiymətləndiriləcək

Ölkə

16 Fevral 2010, 10:36

AZƏRBAYCANDA DƏRS YÜKÜ YARIMŞTAT OLAN MİNLƏRLƏ MÜƏLLİM VAR Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin böyük bir qismi əməkhaqqı kimi qərik-quruş alırlar. Təhsil Nazirliyinin statistikasına görə, hazırda orta məktəblərdə çalışan 5927 müəllimin cəmi 6 saatadək dərs yükü var ki, bunun müqabilində də onlara çox cüzi məbləğdə maaş verilir. Nazirlik 2010-cu ildə orta məktəblərin kadr təminatı sahəsində bir sira tədbirlər planlaşdırılıb. Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədəki 4529 dövlət ümumtəhsil müəssisəsində 1 milyon 360 min 760 şagirdə 170 min 848 müəllim dərs deyir. Lakin müəllimlərin böyük bir qisminin dərs yükü çox az olduğundan onların maaşı da cüzidir. Qeyd edək ki, orta ümumtəhsil müəssisələrində 12 saat dərs yükü tam ştat sayılır. Modern.az-ın Təhsil Nazirliyindən aldığı məlumata görə, orta məktəblərdə çalışan 170 min 848 müəllimdən 5927 pedaqoqun dərs yükü heç yarım ştata çatmır. 28438 müəllimim 6-12 saat, 22971 müəllimin isə 12 saat dərs yükü var. Yalnız 159 min 871 müəllim ştatlı pedaqoji işçi sayılır.   Baki şəhərində 647 müəllimim 6 saat, 5422 müəllimin isə 6-12 saat dərs yükünün olduğu bildirilir. Təhsil Nazirliyi 2010-cu ildə orta məktəblərin kadr təminatı sahəsində bir sira tədbirlər planlaşdırıb. Belə ki, bu il pedaqoji kadr təminatı vəziyyətinin monitorinqinin aparılması, nəticələrin təhlili və təkliflərin hazırlanması nəzərdə tutulur. Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə səviyyəsində müəllimlərin işə qəbulu ilə bağlı elektron vasitələr tətbiq edilməklə yeni mexanizm hazırlanacaq. Eyni zamanda, hazırda işləyən müəllimlər və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə də mexanizmin hazırlanıb tətbiq edilməsi nəzərdə tutulur. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü