Modern.az

Azərbaycanlılar Fransada etiraz aksiyası keçirirlər

Azərbaycanlılar Fransada etiraz aksiyası keçirirlər

Təhsil

12 Noyabr 2012, 17:25

Ermənistan prezidenti Serj Sarkisyanın Fransa səfərinə etiraz əlaməti olaraq Azərbaycanın diaspor nümayəndələri yaxın saatda Parisdə piket keçirəcəklər.
Bu barədə hazırda Fransada olan DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. Millət vəkilinin bildirdiyinə görə, Azərbaycanın diaspor nümayəndələrinin piketinə Türkiyə Federasyonunun Avropa şəhərlərində olan ayrı-ayrı birlikləri də dəstək verəcək: “Noyabrın 12, Paris vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 18:00-da) Ermənistanın Fransadakı səfirliyinin qarşısında keçiriləcək geniş etiraz aksiyasında Ermənistanın işğalçılıq siyasəti, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın işğal faktını tanımaması və problemin ədalətli həllinə nail olmaq üçün heç bir addım atmamasına, əksinə, işğalçı Ermənistana göstərilən siyasi dəstəyə və s. etiraz olunacaq”.
Əlavə edək ki, Sabir Rüstəmxanlı və Azəri-türk Qadınlar Birliyinin başqanı Tənzilə Rüstəmxanlı piketdə iştirak etmək üçün hazırda Parisdədirlər. DAK həmsədrinin piketdə çıxış edəcəyi nəzərdə tutulur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır