20 sentyabr 2018, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - “ABŞ Konqresinə müraciətimizi 24 apreldən xeyli əvvəl ünvanlamalıyıq”
“ABŞ Konqresinə müraciətimizi 24 apreldən xeyli əvvəl ünvanlamalıyıq”
16.02.2010, 16:37

Parlamentin sonuncu iclasında cari məsələlərin müzakirəsi zamanı birinci vitse-spiker, Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov 24 aprel uydurma erməni soyqırımı ilə bağlı ABŞ Konqresinə müraciət edərək, bu məsələnin sözügedən qurumda müzakirəsinin yolverilməz olduğunu bəyan edib. Qeyd edək ki, birinci vitse-spikerin bu təklif xarakterli müraciəti həmin vaxt bitərəf millət vəkili Qənirə Paşayeva tərəfindən də dəstəklənib. Millət vəkili daha irəli gedərək bu yöndə müraciətin bütövlükdə parlament və parlamentarilər adından ABŞ Konqresinə ünvanlanmasının vacibliyini dilə gətirib.
Modern.az xəbər verir ki, Q.Paşayeva bir daha məlum təklifin üzərində qaldığını və israr etdiyini bildirib. Onun sözlərinə görə, uydurma erməni soyqırımı ilə bağlı ABŞ Konqresində hər hansı bir müzakirə yolverilməz və qəbul edilməzdir. Eyni zamanda, bunun yolverilməzliyi ilə bağlı mütləq MM və deputatlar adından ABŞ Konqresinə etiraz xarakterli müraciət ünvanlanmalıdır: “Ümumiyyətlə, uydurma erməni soyqırımı ilə bağlı təzyiqləri, təhdidləri tək Türkiyəyə yönələn təzyiqlər, təhdidlər kimi qəbul etməməliyik. Bu, elə biz qarşı da yönələn təzyiqlər və təhdidlərdir. Çünki Azərbaycan vətəndaşı olan hər hansı bir insan da heç cür razılaşa bilməz ki, yalan-yanlış iddialarla onun millətinin – türklərin ünvanına xoşagəlməz ifadələr işlədilsin və onu olmayan hadisələrdə günahlandırsınlar. Parlamentdə də birinci vitse-spiker tərəfindən ABŞ Konqresində uydurma erməni soyqırımının müzakirəsinin qəbuledilməzliyi ilə bağlı həmin quruma ünvanlanmış müraciət dilə gətirildi. Eyni zamanda, mən də həmin iclasda çıxışım zamanı bu müraciəti dəstəkləməklə yanaşı, parlamentarilər və MM adından ABŞ Konqresinə ayrıca müraciətin ünvanlanmasının vacibliyini dilə gətirdim. O zaman da, indi də hesab edirəm ki, biz – millət vəkilləri olaraq hamımız birlikdə ABŞ Konqresinə belə bir müraciəti aprelin 24-dən xeyli əvvəl etsək, bu, çox məqsədəmüvafiq olar. Müraciət etməliyik ki, bunlar yalan iddialardır, doğru iddialar deyil və siz bu yalan iddiaları dəstəkləməklə ədalətsizlik etməklə yanaşı, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsində özünüzün obyektivliyinizi bəribaşdan kölgə altına salmış olursunuz.
Artıq siz bununla göstərirsiniz ki, hansısa tərəfin mövqeyini tutursunuz. Bu baxımdan, çox önəmli olardı ki, aprelin 24-dən əvvəl biz bu müraciəti çox əsaslandırılmış şəkildə ABŞ Konqresinə ünvanlayaq və göndərək. Onu da nəzərinizə çatdımaq istəyirəm ki, bir müddət əvvəl bir qrup millət vəkili ABŞ-da səfərdə olduq. Biz o səfər zamanı görüşlərimizdə də bir çox məsələləri Amerika ictimaiyyətinin və onun təmsilçilərinin nəzərinə çatdırdıq. Mən eyni zamanda istəyirəm, Azərbaycanın xarici ölkələrdəki, xüsusilə ABŞ-dakı diasporuna, diaspor təşkilatlarına səslənim. Onlara səslənərək demək istəyirəm ki, xarici ölkələrdə, xüsusilə ABŞ-da yaşayan həmvətənlərimiz, insanlarımız, vətəndaşlarımız öz yaşadıqları, fəaliyyət göstərdikləri bölgələrdə, ştatlarda fəal, aktiv olsunlar. Öz bölgələrinin konqresmenlərinə müraciət etsinlər, getsinlər, görüşsünlər, bu məsələ ilə bağlı fikirlərini çatdırsınlar. Bu məsələdə nə qədər böyük ədalətsizliyə yol verə biləcəklərini və verdiklərini onların nəzərlərinə çatdırsınlar, bildirsinlər, vurğulasınlar. Bunun, ümumiyyətlə, bölgədəki vəziyyətə, Qarabağ münaqişəsinin sülh, danışıqlar yoluyla tənzimlənməsi prosesinə nə qədər böyük bir mənfi təsir göstərəcəyini və göstərdiyini ABŞ Konqresmenlərinin üzlərinə söyləsinlər. Elə bilirəm ki, bu məsələdə ABŞ-dakı diasporumuzun və diaspor təşkilatlarımızın daha çox aktiv, fəal olmasına ehtiyac var. Düzdür, bizim də müracitəimiz önəmlidir, ancaq bizim xarici ölkələrdə, o cümlədən ABŞ-da vətəndaş olan insanlarımızın çəkisi, mövqeyi, rolu daha önəmlidir. Ən əsası, onlar öz ölkələrində səsvermə, seçib-seçmək hüququna malikdirlər. Ona görə mən onlara da səslənirəm ki, aprel ayının 24-dən əvvəl öz aktivliklərini, fəallıqlarını artırsınlar. Bu yerdə qeyd edim ki, bir sıra supergüclər və beynəlxalq dairələr Türkiyə ilə Ermənistan arasında imzalanan məlum protokolların parlamentdən də keçməsini istəyirlər və bunun üçün hər cür imkanlardan, vasitələrdən yararlanmağa, təzyiq rıçaqlarını işə salmağa çalışırlar. Bütün bunlara rəğmən, şəxsən mən ümid edirəm və inanıram ki, ən azı, qardaş Türkiyə dövləti, onun parlamenti buna razı olamayacaq, amma təbii ki, bu təzyiqlərin azaldılması istiqamətində öz dəstəyimizi, əlimizdən gələni də əsirgəməməliyilk. Odur ki, bir daha aprelin 24-nə kimi uydurma erməni soyqırımının müzakirəsinin yolverilməzliyi ilə bağlı parlament adından ABŞ Konqresinə müraciət ünvanlanmasını məqsədəuyğun sayıam və bunun üzərində təkid, israr edirəm”.
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hərbi attaşe: Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindəyik
20.09.2018, 19:55

Hərbi attaşe: Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindəyik

Azad Rəhimov: “Dünya çempionatının yüksək səviyyədə keçirilməsinə çalışırıq”
20.09.2018, 19:45

Azad Rəhimov: “Dünya çempionatının yüksək səviyyədə keçirilməsinə çalışırıq”

Erməni ekspert: Ermənistan Azərbaycana uduzur
20.09.2018, 19:26

Erməni ekspert: Ermənistan Azərbaycana uduzur

Azərbaycanda 835 dini qurum qeydiyyatdan keçib
20.09.2018, 19:02

Azərbaycanda 835 dini qurum qeydiyyatdan keçib

Sarayda yanğın - xəsarət alan var
20.09.2018, 18:56

Sarayda yanğın - xəsarət alan var

Sabah bu ərazilərdə su kəsiləcək
20.09.2018, 18:54

Sabah bu ərazilərdə su kəsiləcək

Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görüldü
20.09.2018, 18:49

Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görüldü

Aksiya başa çatdı - 5539 nəfər qan VERDİ
20.09.2018, 18:39

Aksiya başa çatdı - 5539 nəfər qan VERDİ

Etimad İsmayılovun qatili hadisəni nəyə görə törətdiyini SÖYLƏDİ   
20.09.2018, 18:10

Etimad İsmayılovun qatili hadisəni nəyə görə törətdiyini SÖYLƏDİ  

“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu
20.09.2018, 18:03

“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu

“Xoşbəxt Yusifzadə bütün neftçilərin atası ola bilmədi” - Məşhur neftçinin MÜSAHİBƏSİ
20.09.2018, 17:59

“Xoşbəxt Yusifzadə bütün neftçilərin atası ola bilmədi” - Məşhur neftçinin MÜSAHİBƏSİ

Tramp bu dəfə Afrikada divar hörmək istəyir
20.09.2018, 17:58

Tramp bu dəfə Afrikada divar hörmək istəyir

İlham Əliyev maltalı həmkarını təbrik edib
20.09.2018, 17:58

İlham Əliyev maltalı həmkarını təbrik edib

Mehriban Əliyeva NATO baş katibinin müavinini qəbul edib
20.09.2018, 17:51

Mehriban Əliyeva NATO baş katibinin müavinini qəbul edib

Ədliyyə naziri 40 nəfəri işə götürdü, onlara rütbələr verdi
20.09.2018, 17:34

Ədliyyə naziri 40 nəfəri işə götürdü, onlara rütbələr verdi

“Qarabağ”ın bugünkü AvroLiqa oyununu hansı telekanal verəcək?
20.09.2018, 17:30

“Qarabağ”ın bugünkü AvroLiqa oyununu hansı telekanal verəcək?

Azərbaycan Prezidenti NATO nümayəndə heyətini qəbul edib 
20.09.2018, 17:25

Azərbaycan Prezidenti NATO nümayəndə heyətini qəbul edib 

İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib - FOTO
20.09.2018, 17:24

İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib - FOTO

UEFA Ronalduya qarşı iş açdı
20.09.2018, 17:15

UEFA Ronalduya qarşı iş açdı

Manat və dolların sabahkı məzənnəsi
20.09.2018, 17:10

Manat və dolların sabahkı məzənnəsi

Aşura günü 2403 litr qan toplandı
20.09.2018, 17:09

Aşura günü 2403 litr qan toplandı

Akif Əlizadə medalla təltif olundu
20.09.2018, 16:59

Akif Əlizadə medalla təltif olundu

Aşura: Hansı müsəlman ölkəsi necə qeyd edir?
20.09.2018, 16:45

Aşura: Hansı müsəlman ölkəsi necə qeyd edir?

Qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutuldu
20.09.2018, 16:26

Qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutuldu

Zakir Həsənov təlimləri izlədi - FOTO
20.09.2018, 16:12

Zakir Həsənov təlimləri izlədi - FOTO

AQTA maarifləndirir - Agentlikdən uşaq qidaları ilə bağlı tövsiyə - Yeni RUBRİKA    
20.09.2018, 15:57

AQTA maarifləndirir - Agentlikdən uşaq qidaları ilə bağlı tövsiyə - Yeni RUBRİKA  

Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi   
20.09.2018, 15:43

Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi  

Azərbaycandan Ermənistana qaçanlar Yerevanda aksiya keçirdilər
20.09.2018, 15:34

Azərbaycandan Ermənistana qaçanlar Yerevanda aksiya keçirdilər

Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20.09.2018, 15:30

Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq

Ər-arvad qonşuları tərəfindən döyüldü
20.09.2018, 15:23

Ər-arvad qonşuları tərəfindən döyüldü

Tramp Paşinyanla görüşməyəcək
20.09.2018, 15:23

Tramp Paşinyanla görüşməyəcək

Rəsmi Bakı Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ ETDİ
20.09.2018, 15:14

Rəsmi Bakı Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ ETDİ

Şimali və Cənubi Koreya sülh müqaviləsi imzalaya bilər
20.09.2018, 15:12

Şimali və Cənubi Koreya sülh müqaviləsi imzalaya bilər

Deputatdan Meriyaya ciddi İTTİHAM - Parkinqlərdə yığılan qanunsuz pullar kimlərin cibinə AXIR?..   
20.09.2018, 14:55

Deputatdan Meriyaya ciddi İTTİHAM - Parkinqlərdə yığılan qanunsuz pullar kimlərin cibinə AXIR?..  

Hadi Rəcəbli litvalı deputatla nələrdən danışdı?
20.09.2018, 14:50

Hadi Rəcəbli litvalı deputatla nələrdən danışdı?

ARXİV