Ukraynanın Ali İnzibati Məhkəməsi Baş nazir Yuliya Timoşenkonun iddiasına baxılacaq müddət ərzində ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) prezident seçkisinin nəticələri haqqında qərarının icrasını dayandırıb.
“Ukrayna İnzibati Məhkəməsi Yuliya Timoşenkonun Mərkəzi Seçki Komissiyasına ünvanladığı xahişini qismən təmin edib və MSK-nın prezident seçkisinin ikinci turunun nəticələrinin müəyyən edilməsi və Viktor Yanukoviçin bu inzibati iş nəzərdən keçirilib qurtaranadək prezident seçilməsini dayandırıb”, - deyə məhkəmənin məlumatında bildirilir.
Məhkəmənin Timoşenkonun iddiasına iki gün ərzində baxacağı gözlənilir.