Modern.az

Xaricdən gətirilən malların etiketlənməsi vəziyyəti yoxlanılacaq

Xaricdən gətirilən malların etiketlənməsi vəziyyəti yoxlanılacaq

Ölkə

18 Fevral 2010, 12:59

Yeyinti məhsulları haqqında” Qanununa əsasən, Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcümə ilə müşayiət olunmalıdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıya malın (xidmətin) istehsalçısı, istehlak xassələri, tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları, malın hazırlanmasında istinad olunan standart və ya digər normativ sənədin adı, nömrəsi, malın sertifikatlaşdırılması və s. barədə dolğun və düzgün məlumat verilməlidir.
Qanunvericiliyə əsasən, etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satışı qadağandır. Bu cür malların satışı ilə məşğul olan şəxslər inzibati qaydada məsuliyyət daşıyırlar.
Modern.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti martın 1-dən etibarən, ərzaq malları idxal edən təsərrüfat subyektlərində malların etiketlənməsi qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalara başlayacaq.
Dövlət Xidməti ərzaq malları idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə malların etketlənməsi qaydalarına əməl etməyi tövsiyə edir.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı