Modern.az

Nemət Pənahlı aclıq aksiyasına başlayıb

Nemət Pənahlı aclıq aksiyasına başlayıb

Təhsil

18 Dekabr 2012, 13:59

“Nemət Pənahlı aclıq aksiyasına başlayıb”. Modern.az-ın məlumatına görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov illik hesabatla bağlı mətbuat konfransı zamanı deyib. Komitə sədrinin sözlərinə görə,  Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı ona bu haqda müraciət edib.

“Həcər xanım bildirdi ki, Nemət Pənahlı aclıq aksiyasına başlayıb və qeyd edib ki, mənimlə görüşməsə, aclıq aksiyasını davam etdirəcək”.

Qeyd edək ki, 2011-ci il iyunun 17-də Nəsimi rayon Məhkəməsi Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlını 6 il müddətinə azadlıqdan məhrum edib. 

 

Aqsin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir