Modern.az

Bakıda neft şirkətinə məxsus gəmi yandı

Bakıda neft şirkətinə məxsus gəmi yandı

Təhsil

18 Dekabr 2012, 14:38

Bakıda Dövlət Neft şirkətinə məxsus gəmidə yanğın olub. Fövqəladə Hallar Nazirliydən verilən məlumata əsasən,  Bakı şəhəri, Xətai rayonunda neft şirkətinə məxsus sökülməkdə olan gəmidə qaynaq işləri aparılan zaman yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində mühərrik otağında mühərrik və yağ qalıqları 20 kv.m sahədə yanıb. Ölən və xəsarət alan olmayıb. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır