Modern.az

Azərbaycana keçən əsgəri ermənilər güllələdi

Azərbaycana keçən əsgəri ermənilər güllələdi

Təhsil

18 Dekabr 2012, 20:08

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətindən Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçmək istəyib. Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün baş verib.

Hadisənin şahidi olan sakinlərin verdikləri məlumata görə, həmin hərbçi qoşunlar arasındakı neytral ərazidə Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə tutulub. Onun ölüb, yaxud yaralandığı məlum deyil.

Qeyd edək ki, indiyədək analoji hal Ermənistan Ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinin əsgərləri tərəfindən bir neçə dəfə təkrarlanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü