Modern.az

Yazıçılar Birliyindən “Azdrama” direktoruna cavab gəldi

Yazıçılar Birliyindən “Azdrama” direktoruna cavab gəldi

Aktual

21 Dekabr 2012, 10:04

“Əsər həmişə yazılmır ki. Həm də əsərlər sifarişlə yazılmır”. Bu sözləri Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova cavab olaraq deyib.

“İsrafil müəllim deyib ki, mən əsər istəyirəm. O təkcə Anar müəllimə üzünü tutmur ki. Yəni başqa müəlliflərə də üzünü tutur ki, yazı yazsınlar. Milli Dram Teatrının rəhbəri kimi istəyir ki, yeni əsərlər tamaşaya qoyulsun. Bu hamının arzusudur. İndi əsər də həmişə yazılmır ki? Sifarişlə də yazılmır. Yazılanda yazılacaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Modern.az-a açıqlamasında bildirib ki, Anar yeni əsərlər yazmır, buna görə də tamaşaya qoyulmur. “Anarın əsərləri dəfələrlə teatrda, “Şəhərin yay günləri”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Adamın adamı” əsərləri isə məhz “Azdrama”da səhnələşdirilib. Lakin son on ildə yeni əsər yazmayıb. Özüm də şəxsən Anara müraciət etmişəm ki, yeni əsər yazsın, bizdə də tamaşaya qoyulsun. Çünki dramaturgiyaya ehtiyacımız var. Yazıçının son əsəri axırıncı dəfə on il bundan əvvəl tamaşaya qoyulub”. 

Sevinc İltifatqızı 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı