Modern.az

“Vətəndaş alternativ hərbi xidmətlə bağlı iddiasını sübut etməlidir” - DEPUTAT

“Vətəndaş alternativ hərbi xidmətlə bağlı iddiasını sübut etməlidir” - DEPUTAT

Aktual

21 Dekabr 2012, 10:26

““Alternativ hərbi xidmət haqqında” qanunun qəbul olunması indiki durumda bizə problemlər yaradar”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc alternativ xidmət haqqında suallara aydınlıq gətirirərkən deyib. Azərbaycanın Avropa Şurasına üzv olduğu dönəmdə bu qanunla bağlı  üzərinə öhdəlik götürdüyünü bildirən komitə üzvü sonradan bir çox məqamları nəzərə alaraq ölkəmizin  bundan imtina etməsinə də aydınlıq gətirib.

“2001-ci ildə biz Avropa Şurasına daxil olarkən, bu haqda məsələ üzərimizə götürdüyümüz öhdəlikdən irəli gəlirdi. Burada qeyd olunurdu ki, Avropa Konvensiyasını ratifikasiya edən hər bir ölkə öz vətəndaşına daha geniş hüquqları tanımalıdır. Bu da vətəndaşın dini etiqadı, bir sıra xarakterli əqidəsi onun ön cəbhədə hərbi xidmət keçməyinə imkan vermirsə, bu halda dövlət həmin şəxsə alternativ təkliflər etməsi anlamına gəlir. Beləliklə, həm vətəndaşın hüquq və azadlıqları tapdalanmır, bununla yanaşı ölkə qarşısında mükəlləfiyyətini yerinə yetirməsi də reallaşmış olur. Bu tip uzlaşdırıcı mövqenin tapılması üçün Avropada hazır model qanunlar mövcuddur”.

Zahid Orucun sözlərinə görə, bir çox dövət bu sənədi qəbul edib. “Lakin bütün dövlətlər bu sənədə imza atmadılar. Onlar bunu ordunun kompleksləşdirilməsində maneə kimi qiymətləndirdilər. Azərbaycan 2002-ci ildə keçirilən referendum vasitəsilə alternativ xidmət haqqında müddəanı Konstitusiyamızın ayrılmaz tərkib hissəsinə çevirdi. Amma məsələnin başqa tərəflərini nəzərə alaraq, bu sahədə hər hansı ciddi addım atılmır. Bunun bəlli bir səbəbləri var. Birincisi, bəzi insanlar məhz bunu əsas gətirərək ön cəbhədə hərbi xidmətdə yararlı olmasından özlərini kənarda qoya bilərlər. İkincisi, dini cərəyanlar bu qanunun qəbul olacağı təqdirdə özlərinə müəyyən baza qazana bilərlər, onlara stimulverici bir amil kimi təsir göstərər. Üçüncüsü alternativ xidmətin müddətinin ölkə iqtisadiyyatının imkanlarına təsiri də hesablanmalıdır.

Çünki bu xidmətin müddəti qısa olmur, bu da ölkədən fərqli bir imkanlar tələb edir. Həqiqi hərbi xidmətlə müqayisədə bu, iki il yarım və yaxud üç illik bir zamanı əhatə edir. Rusiya daxil olmaqla, bu prosesə qoşulan ölkələrin hər birində bərqərar olunan sistem bundan ibarətdir”.

Millət vəkilinin fikrincə, vətəndaş əqidəsinə görə, həqiqətən akternativ hərbi xidmət keçməsini iddia edirsə, bunu sübut etməlidir. “Xüsusi bir qurum yaradılmalıdır ki, bununla həmin şəxslər öz əqidələrinin silah tutmağa imkan vermədiklərini isbat etsinlər. Kiminsə istəyi ilə, subyektiv mülahizələrlə bunu ayırd etmək olmur. Bunu təsdiq edən tutarlı faktlar olmalıdır. Digər bir tərəfdən xidmətin müddəti çəkindirici amildir. Bu səbəblərdən dolayı, bu qanunun qəbulu gündəmdə deyil. Növbəti illərdə isə bununla bağlı mötəbət qərar verilə bilər”-deyə vurğulayıb.     

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü