Modern.az

Tarkan Azərbaycandan gələn 500 min dollarlıq təklifi rədd edib

Tarkan Azərbaycandan gələn 500 min dollarlıq təklifi rədd edib

Aktual

22 Dekabr 2012, 12:22

Tarkan anası ilə birgə Yeni il gecəsini Azərbaycanda keçirtmək üçün ona edilən 500 min dollarlıq təklifi rədd edib. Modern.az-ın türk KİV-nə istinadən verdiyi məlumata görə, Tarkana Yeni il gecəsində çıxış etmək üçün həm Azərbaycandan, həm də Dubaydan təklif gəlib. Hər iki konsert üçün dünya ulduzuna 500 min dollar təklif ediblər. Bununla yanaşı, müğənniyə İstanbulda 5 ulduzlu oteldən 300 min dollarlıq konsert proqramı ilə çıxış etmək təklifi edilsə də, bu təklifi də qəbul etməyib. O bildirib ki, 2013-ün qədəmini basdığı anı anası ilə birgə keçirtmək istəyir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü