17 dekabr 2017, Bazar
Ana Səhifə - PARLAMENT - Deputat sensasiya doğuran qanun layihəsini Milli Məclisə təqdim etdi
Deputat sensasiya doğuran qanun layihəsini Milli Məclisə təqdim etdi
23.02.2010, 15:40

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair hazırladığı qanun layihəsini Milli Məclisə təqdim edib. Bu barədə Modern.az-a Qüdrət Həsənquliyevin özü məlumat verib.
Deputatın hazırladığı qanun layihəsində Cinayət Məcəlləsinin bir sıra maddələrinə əlavə və dəyişiklik təklif edilir. Layihəni olduğu kimi təqdim edirik.
Layihədə zorlama cinayətində suçlananların axtalanması təklifi yer alıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair Azərbaycan Respublikasının  
QANUNU
   

Maddə 55. Müəyyən müddətə azadlıqdan məhrum etmə
 

Maddə 55-in 55.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:  

- Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 3 ay müddətindən başlayaraq tətbiq edilir.
 
Maddə 55-in 55.4-cü bəndi çıxarılır.    

Maddə 66. Cinayətlərin məcmuyu üzrə cəzanın təyin edilməsi
 

Maddə 66-nın 66.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:  

- Cinayətlərin məcmuyu üzrə Məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edir. Təyin olunmuş cəzalar toplanılmaqla yekun qəti cəza təyin edilir.  

Maddə 66-nın 66.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:  

-
Cinayətlərin məcmuyu üzrə cəza təyin edilərkən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə olunmasına cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən yol verilir.    

Maddə 67. Hökmlərin məcmuyu üzrə cəzanın təyin edilməsi
 

Maddə 67-nin 67.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 

- Hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən Məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini birləşdirir.  

Maddə 67-nin 67.3 və 67.4-cü bəndləri çıxarılsın.  

Maddə 120. Qəsdən adam öldürmə
 

Maddə 120-nin 120.1-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:

  - 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 120-nin 120.2-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin: 

- 20 ildən 30 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.    

Maddə 149. Zorlama
 

Maddə 149-un 149.1-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:  

- 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 149-un 149.2-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin: 

- 10 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir. 

Maddə 149-un 149.3-cü bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:  

- 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir.  

Maddə 150. Seksual xarakterli zorakılıq hərəkətləri
 

Maddə 150-nin 150.1-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:  

- 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

Maddə 150-nin 150.2-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:  

-
10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir.
 
Maddə 150-nin 150.3-cü bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin: 

- 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir.              
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Sabina
23.02.2010, 07:10

millət vəkili dəstəkləyirik

Toğrul
23.02.2010, 07:11

Məncə bu təklif qəbul olunmalıdır ki, belə cinayətlər azalsın

Valeh
23.02.2010, 08:36

Men de raziyaam.

Azad
23.02.2010, 08:44

maraqli teklifdi. qebul olunsa yaxshidi.

Faiq
23.02.2010, 08:50

Alqışlayıram! Belə qanunlar harınlamış adamlara dərs olar!

Nura
23.02.2010, 10:34

Man deputatla tam raziyam bu taklif qabul olunsa ala olar

Türkər
23.02.2010, 12:48

Şərh yazanların fikirlərinə qoşuluram. Qüdrət bəyin təklifləri 100 % qəbul olunmalıdır!

Eldost
24.02.2010, 07:12

Ele haminiz bir agizdan "amin" deyirsiniz. Eger sizin qardashiniz tesadufen bele bir ish tutsa onun axtalanmasina razi olarsiz?

mehri
25.02.2010, 02:04

eldost, o qardasin boynu yere gisin ki, o kiminse qizini, qadinini zorlayir. millet vekilini destekleyirem.

XAN
25.02.2010, 03:49

Görəsən ilk axtalanan şəxs kim olacaq? Yəqin kasıblardan başlayacaqlar....

ŞAH
02.03.2010, 06:15

bele işleri en çox harinlamiş varlilar eliyir. ona göre de birinci onlari axtalamaq lazimdi.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
17.12.2017, 00:16

"Real Madrid" 3-cü dəfə qalib oldu

Fransada məscid bağlandı
16.12.2017, 23:57

Fransada məscid bağlandı

Saakaşvilidən Poroşenkoya barışıq təklifi
16.12.2017, 23:41

Saakaşvilidən Poroşenkoya barışıq təklifi

Bakıda bahalı qırqovul əti
16.12.2017, 23:23

Bakıda bahalı qırqovul əti

Azərbaycanda qeyri-adi toy - Video
16.12.2017, 23:11

Azərbaycanda qeyri-adi toy - Video

“Qarabağ”ın futbolçusu evləndi - Foto
16.12.2017, 23:05

“Qarabağ”ın futbolçusu evləndi - Foto

Şəki sakini gənc qonşusunun qanını tökdü
16.12.2017, 22:58

Şəki sakini gənc qonşusunun qanını tökdü

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq
16.12.2017, 22:46

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq

Bitkoinin qiyməti 19 min dolları ötüb
16.12.2017, 22:33

Bitkoinin qiyməti 19 min dolları ötüb

Tanınmış jurnalistə ağır itki
16.12.2017, 22:20

Tanınmış jurnalistə ağır itki

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ
16.12.2017, 22:10

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ

Əfqanıstanda 16 terrorçu məhv edildi
16.12.2017, 21:51

Əfqanıstanda 16 terrorçu məhv edildi

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT
16.12.2017, 21:38

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT

Dünyada ilk ipək
16.12.2017, 21:29

Dünyada ilk ipək "Qurani-Kərim" kitabının Bakıda təqdimatı - Fotolar

Eldar Mahmudov Çovdarovla üzləşdirildi
16.12.2017, 21:14

Eldar Mahmudov Çovdarovla üzləşdirildi

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi
16.12.2017, 20:54

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi
16.12.2017, 20:42

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ
16.12.2017, 20:28

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi
16.12.2017, 20:18

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi

Avropanın ən yaşlı qadını qocalar evində öldü
16.12.2017, 20:02

Avropanın ən yaşlı qadını qocalar evində öldü

Şəki sakinini it parçaladı
16.12.2017, 19:53

Şəki sakinini it parçaladı

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər
16.12.2017, 17:47

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   
16.12.2017, 17:32

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Mehriban Əliyeva ordenlə təltif olundu
16.12.2017, 17:06

Mehriban Əliyeva ordenlə təltif olundu

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   
16.12.2017, 16:33

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

İlham Əliyev Qətər əmirini təbrik edib
16.12.2017, 16:20

İlham Əliyev Qətər əmirini təbrik edib

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   
16.12.2017, 16:17

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   
16.12.2017, 16:11

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi
16.12.2017, 15:55

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır
16.12.2017, 15:49

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir   
16.12.2017, 15:45

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir  

Adı işdə, özü evdə olanlar...    
16.12.2017, 15:16

Adı işdə, özü evdə olanlar...   

Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.0%)
Mübariz Mənsimov (17.0%)
Fərhad Əhmədov(13.5%)
Füzuli Məmmədov(53.3%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.77%)
Digərləri(0.84%)