Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

2 Yanvar 2013, 12:12

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Azərbaycanın sabiq baş naziri, “qiyamçı polkovnik” Surət Hüseynovun geniş təqdimatına ehtiyac varmı? 1993-cü ildə AXC hakimiyyətinin yıxılmasında, mərhum eks-prezident Əbülfəz Elçibəyin devrilməsində müstəsna xidmətlərə malik Surət Hüseynovun özü sonralar bəlkə də əməllərinin cəzasını aldı: baş nazir postundan kənarlaşdırıldı, Milli Məclis üzvlüyündən azad edildi, Milli Qəhrəman statusunundan məhrum olundu, 10 il həbsxanada yatdı...

Sizcə, Surət Hüseynovun “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?

Biz sabiq baş nazirin oxşarını tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Surət Hüseynovun oxşarı Azərbaycanda kifayət qədər tanınan simadır. Xüsusilə də tibb sahəsində onu daha çox tanıyırlar. Bu, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Asossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndər. Vaqif müəllim Azərbaycanda bir çoxlarının simasının dəyişdirilməsində özünəməxsus əməyə malikdir.

Diqqətlə baxanda Surət Hüseynovla Vaqif Qələndərin sifət cizgilərində, saç düzümündə xeyli oxşarlıq görmək olar. Əgər Surət Hüseynovun saçı ağarmasaydı, onların oxaşrlığıı daha aydın nəzərə çarpardı...

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Sabiq baş nazir Surət Hüseynov


Cərrah-həkim Vaqif Qələndər

A.Qorxmaz
 

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/

Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/

Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/

Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/

Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı