Modern.az

İsa Qəmbərin imtina etdiyi “8-lər”in yeni görüşü hazırlanır - EKSKLÜZİV

İsa Qəmbərin imtina etdiyi “8-lər”in yeni görüşü hazırlanır - EKSKLÜZİV

Təhsil

11 Yanvar 2013, 13:16

Müxalifətin yeni görüşünü təşkilatçısı AMİP-dir 

 “Səkkiz müxalifət partiyasının yenidən bir araya gəlməsi gözlənilir. Bu barədə Modern.az-a görüşün əsas iştirakçılarında olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bir müddət xaricdə olduğu üçün yeni görüşün keçirilməsi təxirə düşmüşdü.

“Növbəti mərhələdə bu  görüşün keçirilməsi gözlənilir. Sərdar Cəlaloğlu burda yox idi, yeni gəlib. Yəqin ki, yaxın günlərdə bu məsələ ətrafında müzakirə aparacağıq”, - deyə İ.Ağazadə bildirib.

Müxalifət “8”liyinin növbəti görüşü AMİP sədri Yusif Bağırzadə tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, bir müddət öncə paytaxtdakı “Asiman” restoranında keçirilən ötən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Ümid partiyasının rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə,  KXCP sədri Mirmahud Mirəlioğlu və Ziyalılar Forumunun üzvü Rafiq Əliyev iştirak ediblər. Müsavat başqanı İsa Qəmbər isə vahid namizəd məsələsinin müzakirəsinin lüzumsuz olduğunu əsas gətirərək bu görüşlərə qatılmayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir