Modern.az

Ombudsman öldürülən əsgərlə bağlı Xanlar Vəliyevə müraciət etdi

Ombudsman öldürülən əsgərlə bağlı Xanlar Vəliyevə müraciət etdi

Təhsil

11 Yanvar 2013, 14:39

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova  Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri Ceyhun Qubadovun ölüm hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Hərbi prokurorluğuna müraciət edib. Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

Müraciətdə baş vermiş ölüm hadisəsi ilə bağlı narahatlıq ifadə olunmuş, hərbi qulluqçuların hüquqlarının daha etibarlı təmin olunması və gələcəkdə bu kimi halların baş verməsinin qarşının alınması məqsədilə əsgər Ceyhun Qubadovun ölüm faktının səbəblərinin, habelə ekspertizanın nəticələrinin tam və hərtərəfli yoxlanılması, ölümün səbəbi kimi zorakılıq halı təsdiqləndikdə müvafiq tədbirlərin görülməsi və günahkarların qanunun tələblərinə uyğun cəzalandırılması xahiş edilib.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır