Modern.az

Ziyafət Əsgərov: "“Dünyanı BMT yox, özünü “derjava” hesab edən ölkələr idarə edir"

Ziyafət Əsgərov: "“Dünyanı BMT yox, özünü “derjava” hesab edən ölkələr idarə edir"

Parlament

5 Mart 2010, 13:09

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı əsas diqqət ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulu məsələsinə yönəlib.

Parlamentin I vitse-spikeri Ziyafət Əsgərov ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul edilən qərarı pisləyib. O, deyib ki, ABŞ və Azərbaycan strateji partnyorlardı. Z.Əsgərovun sözlərinə görə, ABŞ Konqresində hüququn gücü yox, gücün hüququ hökm sürür. O, deyib ki, beynəlxalq hüququn normaları hamısı şirin bir xəyal, bir röyadır. Ona görə də Azərbacyan öz iqtisadiyyatını, öz odusunu gücləndirməlidir. “Nümayəndələr Palatasının spikeri sə dəfələrlə deyib ki keşmişdə baş verən hadisələri araşdırmaq tarixçilərin işidir”. Z.Əsgərov deyib ki, əgər hesabat verilməlidirsə, onda hinduların qırılmasına, Əfqanıstan və İraqda öldürülən mülki vətəndaşlara, Qarabağda çoxsaylı dinc insanların qətlə yetirilməsinə görə də hesab sorulmalıdır. “Qəribədir, deyirlər ki, Türkiyə Dağlıq Qarabağ şərtindən keçməlidir. Türkiyə sizi beynəlxalq hüquqa dəvət edir. Əvəzində isə ABŞ Konqresi onlara bu qədər təsir edir”. Z.Əsgərov deyib ki, bu məsələdə beynəlxalq hüququn normalarını həyata keçirməli olan orqanlar həddən artıq zəif işləyirlər. “Dünya BMT tərəfindən yox, özünü “derjava” hesab edən bir neçə ölkə tərəfindən idarə olunur. Mərdi qova-qova namərd edirlər. Bir tərəfdən demokratiya, insan hüquqlarından danışırlar, əməldə isə buna məhəl qoymurlar”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı