Modern.az

N!DA-nın daha bir üzvü tutuldu

N!DA-nın daha bir üzvü tutuldu

Təhsil

14 Mart 2013, 16:10

N!DA Vətəndaş Hərəkatı idarə heyəti üzvü Rəşad Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Modern.az-a N!DA üzvləri məlumat veriblər.

Bildirilib ki, bu gün mülki geyimli şəxslər tərəfindən saxlanılan Rəşad Həsənov hal-hazırda Baş Prokurorluğun Ağır Cinayətlər' Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində “Nida” Vətəndaş Hərəkatının 3 üzvü həbs edilib.

A.RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır