Modern.az

Fazil Mustafa Abbas Abdullanın problemini çözməyə söz verdi

Fazil Mustafa Abbas Abdullanın problemini çözməyə söz verdi

Aktual

28 Mart 2013, 15:38

“Bu məsələni Milli Məclisdə qaldıracağam. Bilsəydim bu məsələni çoxdan gündəmə gətirərdim”. Millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cəbhəsi dövründə 8 il Türkiyənin İstanbul şəhərində ölkəmizin baş konsul vəzifəsində çalışan Abbas Abdullanın diplomatik təqaüdünü ala bilməməsi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib.

F. Mustafa Modern.az-a açıqlamasında bildirib ki, Abbas Abdulla Azərbaycan Xalq Cəbhəsi dövründən sonra Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman da İstanbulda konsul vəzifəsində açılışıb. Bu cür ziyalıya bu qədər diqqətsizlik yanlışdır: “Abbas Abdulla Azərbaycanın görkəmli ziyalılarından biridir. Azərbaycanın müstəqilliyində də böyük rolu olan insanlardan biridir. Onun təqaüdlə problemi olduğunu birinci dəfədir sizdən sizdən eşidirəm. Məsələni əvvəlcədən bilsəydim Milli Məclisdə çoxdan qaldırardım. Şəxsən özüm də maraqlanacağam. Problemin həllinə çalışmaq lazımdır. Çünki o həqiqətən də uzun müddət İstanbulda konsul işləyib. Hətta Xalq Cəbhəsi dövründən sonra da bu vəzifədə çalışıb. Azərbaycanı çox yaxşı da təmsil edib. Ona görə bu məsələni gündəmə gətirilməlidir. Məsələ ilə bağlı sorğu da göndərəcəyəm və məsələnin ictimailəşdirəcəyəm. Güman etmirəm ki, cənab prezident məsələni diqqətsiz saxlasın. Çünki Abbas Abdullaya bir ziyallı kimi Azərbaycan cəmiyyətində xüsusi münasibət var və bu münasibəti hamımız göstərməliyik”.  

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi dövründə 8 il Türkiyənin İstanbul şəhərində ölkəmizin baş konsul vəzifəsində çalışan Abbas Abdulla diplomatik təqaüdünü ala bilmir. Müvafiq qurumlara müraciət etsə də, ona heç bir səbəb göstərilmir.

 

Gültəkin Ələsgər          

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı