Modern.az

“Kurtlar Vadisi Qarabağ”ın taleyi necə oldu?

“Kurtlar Vadisi Qarabağ”ın taleyi necə oldu?

Mədəni̇yyət

3 Aprel 2013, 17:03

“Kurtlar Vadisi Pusu” serialında baş rolunn ifaçısı Necati Şaşmaz (Polad Alemdar) 2010-cu ildə ölkəmizə gələndə “Kurtlar Vadisi Qarabağ” filmi barədə söhbətlər getdi. O zaman serialın əsas qəhrəmanı – Polad Alemdar mətbuata açıqlamasında Azərbaycana gəlməzdən öncə ona “Kurtlar Vadisi Pusu”nun bir seriyasının Qarabağla bağlı çəkilməsi təklifinin verildiyini demişdi. Həmin filmdə Xocalı faciəsi daha çox qabardılacaqdı və bununla da dünyaya bu faciə daha geniş çatdırılacaqdı. “Kurtlar Vadisi Qarabağ” filminin çəkilməsi haqqında söhbətlərdən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu, elə söz olaraq qalıb.

Azərbaycan Milli Məclisinin keçmiş deputatı, Necati Şaşmazla dostluq əlaqələri olan Əkrəm Abdullayev bununla bağlı Modern.az-a açıqlamasında bildirib ki, həmin vaxtdan indiyədək onların heç bir əlaqəsi olmayıb.

“Həmin filmin çəkilib-çəkilməyəcəyi barədə heç nə deyə bilmərəm. Hazırda o işlərdən uzaqlaşdığım üçün həmin məsələyə dair işlərin də hansı vəziyyətdə olmasından xəbərsizəm”-sabiq deputat vurğulayıb.

Qeyd edək ki, həmin vaxt ölkəmizdə olan Necati Şaşmaz Qəbələyə səfər etmiş, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşmüşdü.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı