Modern.az

Səfər Əbiyev amerikalı komandanı qəbul edib - FOTO

Səfər Əbiyev amerikalı komandanı qəbul edib - FOTO

Təhsil

1 May 2013, 16:37


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı ABŞ-Azərbaycan əlaqələri, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı