Modern.az

XİN İranda həbs olunan alimin işini nəzarətə aldı

XİN İranda həbs olunan alimin işini nəzarətə aldı

Təhsil

1 May 2013, 17:21

Azərbaycan Xarici İşlər Nazirliyi AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsi ilə bağlı məlumatı diqqət mərkəzində saxlayır.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, nazirlik Azərbaycanın Təbrizdəki baş konsulluğuna bu məsələni araşdırmağa təlimat verib: “Konsulluğumuz İran Xarici İşlər Nazirliyinin Təbrizdəki nümayəndəliyi ilə əlaqə saxlayıb. Bu məsələ artıq araşdırılır və diqqətdə saxlanılır”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib.

X. Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X. Xalidin yardımçısı, adının isə Şamax olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda qeyd olunan Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlərin azərbaycanlı fəallar yazışı Aşıq İsaq Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və yazıçı Fərhadidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü