Modern.az

İrandakı Azərbaycan diplomatları Xalidə Xalidlə bağlı hərəkətə keçdilər

İrandakı Azərbaycan diplomatları Xalidə Xalidlə bağlı hərəkətə keçdilər

Təhsil

6 May 2013, 11:19


İranda həbs olunan azərbaycanlı alim Xalidə Xalidin həbsi ilə bağlı məsələ araşdırılır. Bu barədə Modern.az saytına Azərbaycanın Təbrizdəki Konsulluğundan bildirilib. Qeyd olunub ki, Xalidə Xalidin həbsinin səbəbləri  rəsmi şəkildə araşdırılır.

“Hazırda bu istiqamətdə biz danışıqlar aparırırıq. Mütəmadi olaraq Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb məlumat veririk. Yalnız onu deyə bilərik ki, Xalidə Xalidin həbs edilməsinin əsas səbəbləri araşdırılır. Əlavə rəsmi məlumat olarsa, mətbuata açıqlanacaq”-deyə konsulluqdan bildirilib.

Azərbaycanlı alimin həbs səbəbi rəsmi şəkildə açıqlanmasa da, İran dövlət televiziyasının saytı (İRİB) Xalidə Xalidi casusluqda ittiham edib.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir