Modern.az

İranda həbs olunan ikinci azərbaycanlının doğmaları danışdı: “Buraxmayıblar, yalandır!”

İranda həbs olunan ikinci azərbaycanlının doğmaları danışdı: “Buraxmayıblar, yalandır!”

6 May 2013, 13:19

“Mətbuatda qardaşımın azadlığa buraxılması ilə bağlı yazılan məlumatların hamısı yalandır”. Bunu Modern.az-a İranda həbs olunan AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin sürücüsü Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov deyib. Onun sözlərinə görə İranda naməlum yerdə saxlanılan qardaşı ailəsinə yalnız bircə dəfə zəng edərək sağ olduğunu bildirib.

“Bizə mayın 2-də zəng edib ki, salamatdır. Başqa bizdə heç bir məlumat yoxdur. Çünki o daha başqa bir məlumat vermədi. Mətbuatda yayımlanıb ki, guya, ailəsi ilə danışıb, həbsdən buraxılıb, bir neçə günə gələcək. O məlumatların hamısı yalandır. Konsulluğa, səfirliyə, Xarici İşlər Nazirliyinə müraciətlərimizə də heç bir cavab verilməyib”. 

Şahanə RƏHİMLİ  
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü